Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Şirvan kanalının Ucar rayonundan keçən hissəsində, qeyri-məntəqə (nəzarətsiz) ərazisində 1 nəfərin kanalda batması barədə məlumat daxil olub.
Fövqəladə Hallar Nazirliyindən SİA-ya verilən məlumata görə, dərhal hadisə yerinə cəlb olunan Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq xilasetmə qüvvələri 1951-ci il təvəllüdlü Əliyev Oqtay Həmid oğlunun meyitini sudan çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB