Qazax rayonunda 18 yaşılı qız dərman içərək zəhərlənib.
SİA xəbər verir ki, hadisə rayonun Çaylı kəndində qeydə alınıb.
Belə ki, kənd sakini, 2001-ci il təvəllüdlü Əliyeva Samirə bir çox həb qəbul edib. 18 yaşlı qız özünü pis hiss etdiyindən yaxınları tərəfindən Qazax Rayon Diaqnostika Mərkəzinin Reanimasiya şöbəsinə yerləşdirilib.
Xəstəxanadan verilən məlumata görə, S.Əliyevanın vəziyyəti ağırdır.
Onun hansı səbəbdən bir neçə həbi qəbul etməsi məlum deyil. Faktla bağlı araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB