Gəncə sakini içkili vəziyyətdə evini yandırıb.
SİA-nın bölgə muxbirinin verdiyi məlumata əsasən, hadisə Ismət Qayıbov küçəsi, 5 ünvanındakı evdə baş verib.
Hüseynov Şahin Müzəffər oğlu içkili vəziyyətdə mənzilinə od vurub. Hadisə yerinə Kəpəz rayon Dövlət Yanğından mühafizə xidmətinin 4 yanğın söndürmə maşını və 40-a yaxın canlı qüvvəsi cəlb olunub. Alovun söndürülməsi təxminən iki saata yaxın çəkib. Alovun qonşu mənzillərə keçməsinin qarşısı alınsa da yanan ev tamami ilə sıradan çıxıb.
Keçirilən əməliyyat tədbirləri nəticəsində Şahin Hüseynov Kəpəz rayon Polis Şöbəsi əməkdaşları tərəfindən tutulub. Qonşuların sözlərinə görə, bu Ş.Hüseynovun ilk dəfə törətdiyi hadisə deyil. O, bundan öncə də sərxoş halda bir neçə dəfə evini yandırmağa cəhd edib.
Faktla bağlı araşdırmalar davam etdirilir
I.Məmmədov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB