Yaponiyada “Şin-moe-dake” vulkanı həyatı iflic edib

Yaponiyada “Şin-moe-dake” vulkanı həyatı iflic edib

Yaponiyanın cənubunda yerləşən Küsü adasında baş vermiş vulkan püskürməsi davam edir. SİA-nın xarici mətbuat istinadən verdiyi xəbərə görə, nəticədə Miyadzaki və Kaqoşima prefekturalarında azı 12 yaşayış məntəqəsi vulkan külü ilə örtülüb. Vulkan külü həmçinin 7 min hektar əkin sahəsini məhv edib, yaşayış məntəqələrində görünmə dərəcəsi aşağı enib. Təhlükəsizlik tədbirləri çərçivəsində "Şin-moe-dake" vulkanının ətrafı 2 km radiusda nəzarətə alınıb, vulkana yaxın ərazilərdə isə dəmiryol xətti ilə qatarların hərəkəti dayandırılıb, avtomobil yolları bağlanıb.

 

Həmçinin Miyadzaki şəhərinin əsas hava limanı fəaliyyətini dayandırıb. Təhlükəli ərazilərdən insanların təxliyyəsi həyata keçirilir.

 

Qeyd edək ki, vulkan son 52 il ərzində ilk dəfə 19 yanvar 2011-ci il tarixində oyanıb. Mütəxəssislər yaxın günlər ərzində vulkanın daha da fəallaşacağını proqnozlaşdırırlar.

Bütün xəbərlər Facebook səhifəmizdə