Türkiyədə ata 6 aylıq övladını qətlə yetirib- SƏS TV

Türkiyədə ata 6 aylıq övladını qətlə yetirib- SƏS TV

Türkiyədə eşidənlərin qanını donduracaq bir cinayət hadisəsi baş verib. Belə ki, polislər tərəfindən yaxalanan Əhməd Kırdar adında şəxs 6 aylıq uşağını öldürməkdə təqsirləndirilir.

Dindirilmə zamanı qatil ata belə deyib: "Anası yatdıqdan sona uşaq ağlamağa başladı. Fikirləşdim ki, bəlkə alt paltarını dəyişmək lzımdır. Dəyişdirdim, ancaq ağlamağı kəsilmədi. Mən də süd şüşəsini 3-4 dəfə başına vurdum. Ayaqlarını dişlədim. Öldükdən sonra yatağına qoydum."

Qeyd edək ki, hadisədən sonra halı pisləşən ana isə xəstəxanada müşahidə altına alınıb.

Bütün xəbərlər Facebook səhifəmizdə