Tovuzda bir küçədə 3 evdən oğurluq edilib

Tovuzda bir küçədə 3 evdən oğurluq edilib

Bayram günlərində bir küçədə 3 evdən oğurluq edilib. Xezerxeber.az-ın məlumatına görə, hadisə Tovuzda baş verib. Naməlum şəxs və ya şəxslər Nəriman Nərimanov küçəsindəki üç evdən oğurluq ediblər. Dekabrın 31-i və yanvarın 1-də gecə evlərə girən şəxslər oradan müxtəlif ərzaqlar və əşyalarla yanaşı, nağd pul da aparıblar.

Naməlum şəxslər həyətlərdən toyuq-cücəni də oğurlayıblar. Sakinlər oğurluq hadisələri ilə bağlı Tovuz Rayon Polis Şöbəsinə müraciət ediblər. Şöbədən "Xəzər Xəbər"ə bildirildi ki, faktlarla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə