İki maşın toqquşdu, xəsarət alanlar var

İki maşın toqquşdu, xəsarət alanlar var
Göygöl rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib. SİA-nın məlumatına görə, hadisə şəhər ərazisində yerləşən yanacaqdoldurma məntəqələrindən birinin qarşısında olub. "Mercedes"markalı avtomobillə "VAZ" markalı maşının toqquşması nəticəsində bir nəfər xəsarət alaraq Göygöl Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onun vəziyyətinin qənaətbəxş olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə