Sumqayıt şəhərində kursdan çıxan iki məktəbli qızı avtomobil vurub. "Report"un Sumqayıt-Abşeron bürosunun məlumatına görə, hadisə şəhərin Sülh prospektində qeydə alınıb.
Belə ki, 2002-ci il təvəllüdlü Rəhiməxanım Etibar qızı Sadıqova və 2005-ci il təvəllüdlü Nəbiyyə İsmayıl qızı Sadıqovanı yolu keçmək istəyərkən maşın vurub. Hər iki yaralı xəstəxanaya çatdırılıb. Onların vəziyyətinin orta-ağır olduğu bildirilir. Hadisəni törədən sürücü saxlanılıb. Faktla bağlı araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB