Astarada fərdi ev yanıb

Astara rayonunda fərdi ev yanıb. Fövqəladə Hallar Nazirliyinin saytında yer alan məlumata görə, hadisə rayonun Siyatürk kəndində baş verib. Ümumi sahəsi 198 m2 olan ikimərtəbəli 7 otaqlı evin yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub, yanğın yanğın bölmələri tərəfindən söndürülüb.​

Bütün xəbərlər Facebook səhifəmizdə