17 ədəd mobil telefon aşkar edildi

17 ədəd mobil telefon aşkar edildi

Balakən Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında idarənin "Mazımçay" gömrük postunda Gürcüstandan Azərbaycan Respublikasına "Mersedes Benz E220 CDİ" markalı avtomobillə gələn Azərbaycan Respublikası vətəndaşı ilə gömrük bəyannaməsinin bəndlərinə uyğun olaraq şifahi sorğu-sual aparılıb. SİA-nın verdiyi məlumata görə, həmin şəxs gömrükçülərə üzərində və nəqliyyat vasitəsində gizlədilən, gömrük nəzarətinə mütləq bəyan ediləsi predmetlərin olmadığını bildirib.

Nəqliyyat vasitəsində aparılan yoxlamadan sonra sürücünün və avtomobildə sərnişin qismində səyahət edən Azərbaycan Respublikası vətəndaşının üzərində şəxsi yoxlama aparılıb. Yoxlama zamanı sürücünün şalvarının cibindən "Samsung" və "Lenovo" markalı 3 ədəd mobil telefon, onun sərnişininin şalvarının və gödəkcəsinin ciblərindən isə "Samsung" və "Huawei" markalı 14 ədəd mobil telefon, "Sandisk" markalı müxtəlif həcmli 10 ədəd yaddaş kartları aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə