Sabirabad rayonunda kabel oğruları saxlanılıb. DİN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Şirvan regional qrupundan APA-nın Mil-Muğan bürosuna verilən məlumata görə, Sabirabad rayonunun Rüstəmli kəndində yerləşən “Yeni Zəngilan” qəsəbəsində elektrik enerjisi olmayan dirəklərdəki alüminium məftillər naməlum şəxslər tərəfindən oğurlanıb.
Sabirabad RPŞ-nin Qaragüney polis bölməsinin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Zəngilan rayon Pirveyis kənd sakinləri - Maqsud Məmmədov, Möhlət Məmmədov və həmin rayonun Kolqışlaq kənd sakini Rəhim Cəfərquliyev saxlanılaraq istintaqa təqdim olunublar. Faktla bağlı cinayət işi açılıb, araşdırmalar davam etdirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB