Qobustanda yanğın - 2 uşaq ölüb

Qobustanda yanğın - 2 uşaq ölüb

Qobustan rayonunda yanğın olub. SİA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, Qaracüzlü kəndində ümumi sahəsi 80 m² olan birmərtəbəli 4 otaqlı evin yanar konstruksiyaları yanıb.

Yanğının kəşfiyyatı zamanı 2013-cü il təvəllüdlü Babaşov Vidadi Zəkəriyyə oğlu və 2016-ci il təvəllüdlü Babaşova Zəhra Zəkəriyyə qızının yanmış meyitləri aşkar olunub. Yanğın zamanı 1 nəfər azyaşlı isə (2011-ci il təvəllüd) yanıq xəsarətləri alıb.

Qeyd edək ki, alovun qarşısı alınıb, yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə