Soyuq silahın ölkəyə qanunsuz yolla gətirilməsi cəhdinin qarşısı alınıb

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları soyuq silahın ölkə ərazisinə qanunsuz yolla gətirilməsi cəhdinin qarşısını alıb.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən SİA-ya bildirilib ki, İstanbul-Bakı aviareysi ilə gələn Azərbaycan Respublikasının vətəndaşı gömrük nəzarətindən keçərkən, onun çantasının içərisindəki mallar müvafiq qanunvericiliyə uyğun olaraq yoxlanılıb.

Yoxlama zamanı, vətəndaşa məxsus çantanın içərisindəki şəxsi əşyaların arasında gömrük nəzarətinə təqdim olunmayan 1 ədəd metaldan hazırlanmış beşbarmaq aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...