Şəmkirdə evdən 5 min manatlıq qızıl oğurlanıb

Şəmkirdə evdən 5 min manatlıq qızıl oğurlanıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, Şəmkir Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 6-da rayon ərazisindəki evlərdən birindən 5000 manat dəyərində qızıl əşyalar oğurlamaqda şübhəli bilinən şəhər sakini Şiraslan Həsənov tutulub.

Bütün xəbərlər Facebook səhifəmizdə