Arvadını və qayınanasını döyən, avtomobil qaçıran şəxs tutulub

Arvadını və qayınanasını döyən, avtomobil qaçıran şəxs tutulub

Münaqişə zəminində arvadını və qayınanasını döyən, habelə avtomobil qaçıran şəxs tutulub.

Daxili İşlər Nazirliyindən SİA-ya verilən məlumata görə, avqustun 26-da Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş Elşad Babayev evində münaqişə zəminində arvadı Zülaləni və qayınanası Mətanət Həsənovanı döyüb, habelə evinin qarşısında dayanmış – Tərtər rayon sakini Nizami Əliyevə məxsus "Ford" markalı avtomobilin ön hissəsini əzib, sonradan həmin nəqliyyat vasitəsini qaçıraraq Sadıllı qəsəbəsi ərazisində saxlayıb gedib.

Kəpəz RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində E.Babayev tutulub və onun orta dərəcəli sərxoş vəziyyətdə olması müəyyən edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə