Daxili İşlər Nazirliyi Daşkəsəndə törədilən dəhşətli qətllə bağlı məlumat yayıb.
SİA-nın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, iyunun 21-də Daşkəsən rayonunun Şahvələdli kəndində küt alətlə qətlə yetirilən yerli sakin Kamilə Məmmədovanın və 40 günlük qızının meyitləri evlərində tapılıb.
Polis və prokurorluq orqanları əməkdaşlarının birgə həyata keçirdikləri istintaq və əməliyyat tədbirləri nəticəsində hadisəni münaqişə zəminində törətməkdə şübhəli bilinən K.Məmmədovanın həyat yoldaşı, əvvəllər məhkum olunmuş Raqif Ələkbərov tutulub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB