Müəssisəyə narkotik vasitə keçirilməsinin qarşısı alınıb

Müəssisəyə narkotik vasitə keçirilməsinin qarşısı alınıb

Ədliyyə Nazirliyi Penitensiar xidmətinin Baş idarəsində və tabe qurumlarda əməliyyat işinin gücləndirilməsi istiqamətində həyata keçirilən təxirəsalınmaz tədbirlər nəticəsində cəzaçəkmə müəssisələrinə və istintaq təcridxanalarına qadağan olunmuş əşyaların və narkotik maddələrin keçirilməsi cəhdlərinin qarşısı qətiyyətlə alınır. SİA-nın verdiyi məlumata görə, Narkotik və psixotrop maddələrin, mobil telefonların, kəsici - deşici alətlərin və digər qadağan olunmuş əşyalarlın aşkar olunması faktları üzrə ictimaiyyətə mütəmadi olqaraq məlumatlar çatdırılır və toplanmış materiallar hüquqi qiymət verilməsi üçün aidiyyatı orqanlara təhvil verilir.

Növbəti belə bir tədbir Penitensiar xidmətin Baş idarəsinin və 5 saylı cəzaçəkmə müəssisəsinin əməliyyat aparatları tərəfindən 20.06.2017-ci il tarixdə keçirilmiş və müəssisəyə narkotik maddə gətirilməsi cəhdinin qarşısı müvəffəqiyyətlə alınıb.

Belə ki, 1978-ci il təvəllüdlü, Salyan şəhər sakini Quliyev Cəfər Vaqif oğlunun üzərinə baxış keçirilən zaman cibindən 2 ədəd sellofan bükülüdə, çəkisi 8.816 qram olan narkotik vasitə - tiryək aşkar edilərək götürülüb.

Fakt üzrə toplanılmış materiallara əsasən Salyan Rayon Polis Şöbəsində cinayət işi açılıb.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə