Gəncə sakini üstünə neft tökərək özünü yandırıb

Gəncə sakini üstünə neft tökərək özünü yandırıb

Gəncə şəhər sakini üzərinə neft tökərək özünü yandırıb. APA-nın qərb bürosunun xəbərinə görə, şəhər sakini, 1979-cu il təvəllüdlü Hacıyev Azər Fəxrəddin oğlu ağır yanıq xəsarətləri ilə Gəncə şəhər Təcili və təxirəsalınmaz yardım xəstəxanasına yerləşdirilib.

Onun tibbi yardım göstərilib, vəziyyətinin ağır olduğu, bədəninin 90 faizə qədərinin yandığı bildirilir. İlkin məlumata görə, A. Hacıyev psixi xəstəlikdən əziyyət çəkir. Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə