Sərnişin sürücünü bıçaqlayıb

Lənkəranda bıçaqlanma hadisəsi baş verib. Lənkəran şəhər Polis Şöbəsinin (ŞPŞ) baş müstəntiqi Rövşən Rəşidovun SİA-nın cənub bürosuna verdiyi məlumata görə, sentyabrın 6-da, saat 16.00 radələrində Lənkəran şəhərinin Müzəffər Nəsirli küçəsində şəhər sakini, 1989-cu il təvəllüdlü Elvin Nazim oğlu Məmmədov mübahisə zəminində sərnişini olduğu "VAZ-2107" markalı, 42 BK 537 dövlət nömrə nişanlı avtomobilin sürücüsü, 1979-cu il təvəllüdlü Anar Ədalət oğlu Ələsgərova bıçaqla ağır bədən xəsarəti yetirib.

A.Ələsgərov özünü xəstəxanaya çatdırmaq məqsədilə avtomobili sürərkən ehtiyatsızıq edərək qarşısında dayanmış Lənkəran şəhər sakini, 1982-ci il təvəllüdlü Emil Heybət oğlu Əliyevə məxsus "VAZ-21015" markalı, 90 HX 115 dövlət nömrə nişanlı avtomobili arxadan vuraraq onu əzib.

Lənkəran Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilən Anar Ələsgərovun vəziyyəti hazırda orta-ağır qiymətləndirilir. Onu bıçaqlayan E. Məmmədov isə polis tərəfindən saxlanılıb.

Faktla bağlı Lənkəran ŞPŞ-də araşdırmalara başlanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...