Şəkidə baş verən yol qəzasında iki nəfər ölüb, üç nəfər yaralanıb

Şəkidə baş verən yol qəzasında iki nəfər ölüb, üç nəfər yaralanıb

Şəki rayonunun Layski kəndi ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, Şəki rayonunun Layski kəndi ərazisində, Aşağı Göynük kənd sakini Tofiq Məmmədov "Mercedes" markalı avtomaşını idarə edərkən onu ağaca vurub.

 

Qəza nəticədə sərnişinlərdən Namiq Mustafayev və Əli Məmmədhəsənov hadisə yerində ölüb, xəsarət alan T.Məmmədov, Rəfayel İbrahimov və Asif Mustafayev xəstəxanaya yerləşdiriliblər.

Bütün xəbərlər Facebook səhifəmizdə