Şəmkirdə 4 nəfərin ağır yaranması ilə nəticələnən yol qəzası baş verib. SİA-nın bölgə müxbirinin verdiyi məlumata görə, hadisə Şəmkir-Gədəbəy yolunda baş verib.
Sürücü 29 yaşlı Anar Ramazanov "Shagman" markalı yük avtomobilində idarəetməni itirərək qarşı tərəfdən gələn "VAZ -2107" markalı avtomobillə toqquşub. Nəticədə sürücüsü 38 yaşlı Ceyhun Mustafayev sərnişinləri - 41 yaşlı İntiqam Məhərrəmov, 59 yaşlı Nəcəf Məmmədov və 33 yaşlı Sərxan Bayramov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Yaralılar Şəmkir Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Xəsarət alan şəxslərdən Sərxan Bayramovun vəziyyəti ağır qiymətləndirilir.
Qeyd edək ki, faktla bağlı Şəmkir rayon Polis şöbəsində araşdırma aparılır.
İlham Məmmədov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB