Dünən günorta saatlarında Cəlilabad rayonunun Şiləvəngə kəndində piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib. Report-un Cənub bürosu xəbər verir ki, İmanəli Əliyevin idarə etdiyi VAZ-2106 markalı minik avtomobili rayonun 11 yaşlı Abışabad kənd sakini Hadıyev Nicat Rafiq oğlunu vurub. Azyaşlı yaralı vəziyyətdə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Lakin vəziyyəti ağır olduğundan o, paytaxt xəstəxanalarından birinə göndərilib. Faktla bağlı araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB