48 000 ədəd siqaret aşkar edilib

48 000 ədəd siqaret aşkar edilib

Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında "Sınıq Körpü" gömrük postunun idxal nəzarəti zonasına Gürcüstan Respublikası istiqamətindən daxil olan, Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi "Toyota Mark-2" markalı nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib. SİA-nın verdiyi məlumata görə, yoxlama zamanı avtomobilin yük yeri ilə arxa oturacağı arasında xüsusi düzəldilən gizli saxlanc yerindən, qapılarının örtüyünün altından və arxa oturacağının altından Azərbaycan Respublikasının aksiz markası ilə markalanmayan ümumilikdə 48000 ədəd "Dubao" markalı siqaretlər aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə