Lənkəranda avtomobil yanıb, xəsarət alan var

Lənkəranda avtomobil yanıb, xəsarət alan var

Lənkəran rayonu, Sütəmurdov kəndində çay fabrikinin ərazisində İran İslam Respublikasının vətəndaşına məxsus "TIR" markalı yük avtomobilinin kabinəsinin yanar hissələri, yük hissəsinə yığılmış 30 ton çayın 1 tonu və sahibi məlum olmayan digər yük avtomobilinin kabinəsi yanıb. SİA-nın Fövqaladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, yanğın zamanı 1 nəfər müxtəlif yanıq xəsarətləri ilə yanğınsöndürənlər tərəfindən xilas edilərək aidiyyəti üzrə təhvil verilib. Hər iki yük avtomobilinin qalan hissələri yanğından mühafizə olunub. Yanğın saat 03:45-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə