Kürdəmirdə 4 otaqlı ev

Dünən Kürdəmirdə yanğın hadisəsi qeydə alınıb. APA-nın FHN-nin saytına istinadən verdiyi xəbərə görə, yanğın rayonun Sığırlı kəndində vətəndaşa məxsus ümumi sahəsi 180 m2 olan birmərtəbəli 4 otaqlı evdə baş verib. Nəticədə evin yanar konstruksiyaları və ev əşyaları yanıb. Bitişik talvar yanğından mühafizə olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə