Şəkidə zəhərlənmə hadisəsi baş verib

Şəkidə zəhərlənmə hadisəsi baş verib

Şəkidə zəhərlənmə hadisəsi baş verib. Şəki Mərkəzi Rayon Xəstəxanasından APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, bu gün saat 13:00 radələrində Şəki şəhər sakini, 1998-ci il təvəllüdlü Aynur Nemət qızı İsgəndərova zəhərlənmə əlamətləri ilə xəstəxananın reanimasiya şöbəsinə daxil olub. Müayinə zamanı məlum olub ki, 4 ayın gəlini olan Aynur İsgəndərova sirkə turşusundan zəhərlənib. Hazırda onun vəziyyətinin orta-ağır olduğu bildirilir. Şəki Şəhər-Rayon Polis Şöbəsindən APA-ya bildirilib ki, hadisə A. İsgəndərovanın yaşadığı ünvanda baş verib. A. İsgəndərova su əvəzinə bilməyərək sirkə turşusu qəbul edib. Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə