Şəmkirdə avtomobil yandı

Şəmkir rayonunda "Mercedes" markalı avtomobil yanıb. Şəmkir rayon Yanğından Mühafizə Xidmətindən SİA-nın bölgə müxbirinə verilən məlumata görə, xidmət əməkdaşlarının səyi nəticəsində alov söndürülüb. Yanğının ətrafa keçməsinin qarşısı alınıb.

Qeyd edək ki, fakta bağlı araşdırma aparılır.

İlham Məmmədov

Bütün xəbərlər Facebook səhifəmizdə