2 mərtəbəli tikilidə yanğın

Gəncədə yanğın faktı qeydə alınıb. SİA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən verdiyi xəbərə görə, Gəncə şəhəri, Nizami rayonunda vətəndaşa məxsus ümumi sahəsi 150 kv.m olan ikimərtəbəli tikilinin 1-ci mərtəbəsinin tavanı 1 kv.m sahədə və soyuducu yanıb. Tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 05:18-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə