Bölgələrdə qeyri-sabit hava şəraiti höküm sürür
Rayonlara güclü dolu yağdı

Yağan güclü dolu bir neçə rayonda təsərrüfata ziyan vurub. Bəzi rayonlarda dolu yağışı kənd təsərrüfatına ziyanla ötüşüb. Yarım saata yaxın insanlar doluya görə bayıra çıxa bilməyiblər. Görüntülər Tovuzdandır. Rayon ərazisinə 20 dəqiqə dolu düşüb. Ardınca yağan leysan insanların işini çətinləşdirib.

Bərdə və Ağdama da güclü dolu yağıb. Günorta saatlarında Ağdamın Quzanlı qəsəbəsi, Üçoğlan, Səfərli, Quzanlı kəndlərinə yağan dolu fermerlərə ziyan vurub.

Təbiət hadisəsi meyvə bağlarına, tərəvəz sahələrinə ziyan dəyib. Yağıntılar kəndlilərin qış üçün tədarük etdiyi otu da isladaraq yararsız hala salıb.

Bütün xəbərlər Facebook səhifəmizdə