Türkiyənin Ordu vilayətində təcili yardım maşını ilə yol təmizləyici vasitə toqquşub. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, qəza nəticəsində 1 nəfər həlak olub, 3 nəfər isə yaralanıb.
Səlçuk Qaraquş tərəfindən idarə olunan təcili yardım maşını Qaradəniz Sahil Yolunda, Fatsa mahalının Bolaman məhəlləsi yaxınlığında Arslan Mədinin idarə etdiyi yol təmizləyici vasitə ilə toqquşub.
Qəzada ağır şəkildə yaralanan təcili yardım sürücüsü Səlçuk Qaraquş yerləşdirildiyi Ordu Dövlət Xəstəxanasında keçinib. Yaralılar isə həmin xəstəxanada müalicə olunur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB