Bakıda mənzildən cəsəd tapılıb. SİA-nın Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi xəbərə görə, qurumun Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Bakı şəhəri, Suraxanı rayonunda mənzildə 1946-cı il təvəllüdlü Lyudmila Fyodorovna Krivenkonun bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. Dərhal Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq mənzilin qapısını açmış və adı çəkilən şəxsin cəsədini aşkar ediblər.
L.Fyodorovnanın cəsədi çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Əməliyyat saat 11:48-də başa çatıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB