BŞBPİ-nin qətlə bağlı məlumatı

BŞBPİ-nin qətlə bağlı məlumatı

Bakı şəhər Baş Polis İdarəsi ötən gün baş vermiş qətl hadisəsi barədə məlumat yayıb. İdarədən SİA-ya verilən məlumata görə, noyabrın 11-də Bakının Qara Qarayev prospektində paytaxt sakini, 1996-cı il təvəllüdlü Elşən Nəsirov şəxsi münasibətlər zəminində əmisi oğlu, 1992-ci il təvəllüdlü Elnur Nəsirovu boğaz nahiyəsindən bıçaqla vuraraq qətlə yetirib və könüllü olaraq Nizami rayon 25-ci Polis Bölməsinə gələrək təslim olub.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə