Bakı şəhər sakininə ağır xəsarətlər yetirən iki qardaş tutulub. Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, Xətai Rayon Polis İdarəsinin (RPİ) Cinayət Axtarış Şöbəsi (CAŞ) və 36-cı Polis Bölməsi (PB) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, avqustun 31-də gecə saatlarında M.Hadi küçəsində Bakı şəhər sakini Məhəmməd Səfərova bıçaqla ağır bədən xəsarəti yetirməkdə şübhəli bilinən Naxçıvan şəhər sakinləri – 1997-ci il təvəllüdlü Toğrul Talıbov və qardaşı 1999-cu il təvəllüdlü Fəxrəddin Talıbov tutulublar.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB