Saçını daraya-daraya canlı yayıma çıxdı

Saçını daraya-daraya canlı yayıma çıxdı

4 dəqiqə tez başlayan canlı yayımda xəbər aparıcısı gülüş hədəfinə çevrilib. SİA-nın xəbərinə görə, hadisə BBC-nin xəbər aparıcısı Carole Valkerin başına gəlib. Belə ki, Volker saçını darayan zaman canlı yayıma çıxmaq məcburiyyətində qalıb. Çantası masanın üzərində qalan aparıcının köməyinə operator çatıb. Yaxın çəkilişdən istifadə edən operator çantanı kadrdan çıxara bilib.

Məsələ ilə bağlı aparıcı öz "Twitter" hesabında münasibət bildirib: "Canlı yayımın 4 dəqiqə tez başlaması mənim üçün böyük bir sürpriz oldu".

Bütün xəbərlər Facebook səhifəmizdə