Hərbi xidmətə hazırlaşan gənc yol qəzasında öldü

Hərbi xidmətə hazırlaşan gənc yol qəzasında öldü

Bərdə şəhərində piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib. Hadisə şəhərin Bakı küçəsində qeydə alınıb. SİA-nın bölgə müxbirinin verdiyi xəbərə görə, yolu keçmək istəyən 18 yaşlı Elvin Ələkbərovu "Opel" markalı minik avtomobili vurub. Yaralı ətrafda olan insanların köməkliyi ilə Bərdə rayon mərkəzi xəstəxanasına çatdırılıb. Həkimlərin müdaxiləsinə baxmayaraq, 18 yaşlı gəncin həyatını xilas etmək mümkün olmayıb. Qəzadan sonra sürücü hadisə yerindən qaçsa da, rayon polis şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində tutularaq, istintaqa cəlb edilib.

Qeyd edək ki, qəzada həyatını itirən gənc çağırışçı kimi qeydiyyatdan keçib və bu günlərdə hərbi xidmətə yola düşəcəkdi.

Şamxal Cəliloğlu

Bütün xəbərlər Facebook səhifəmizdə