Haciqabul ərazisində dəhşətli avtomobil qəzasi baş verib. SİA-nin Aran bürosunun verdiyi məlumata görə, ötən gün axşam 22:00 radələrində Baki-Qazax yolunun 133-cü km-də Haciqabul rayonu Muğan qəsəbəsinin sakini 1937-ci il təvəllüdlü Quliyeva Minarə Şıxı qızı yolu keçmək istəyərkən naməlum avtomobil tərəfindən vurulub. Yerindəcə ölən yaşlı qadının sonra üzərindən bir neçə maşın keçib və taninmaz hala düşüb.
Polis hazırda hadisəni törədən sürücünün tapilması istiqamətində axtariş tədbirləri həyata keçirir.
İqbal Mikayılov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB