Lənkəran rayonunun Liman şəhərində fərdi yaşayış evində parlayış baş verib. Hadisə bu gün səhər saat 8:30 radələrində Lənkəran rayonun, Liman şəhəri Rəsulzadə küçəsində,167 nömrəli Əbülfəz Nağdəli oğlu Zərbiyevə məxsus fərdi yaşayış evində qeydə alınıb. Partlayış nəticəsində evə ciddi ziyan dəyib. Yaşayış evinin tavan və döşəmə hissəsi tamamilə dağılaraq yarasız hala düşüb. 2 mərtəbəli 4 otaqlı evdə baş verən partlayış zamanı evdə yanğın hadisəsi də baş verib. Evdə yaşayan Əbülfəz Nagdəli oğlu Zərbiyevin 5 nəfərdən ibarət ailə üzvlərinin hamısı müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Belə ki, evdə yaşayan ailə başçısı İsmayıl Zərbiyev, ailə üzvləri Elnarə, Aysel, Kənan və Nərmin Zərbiyevlər müxtəlif dərəcəli bədən xəsarətləri ilə Lənkəran Mərkəzi rayon Xəsətxanasına yerləşdirib. Yaralıların vəziyyəti ağır qiymətləndirilir. İlkin ehtimala görə parlyaışa qaz sızasının səbəb olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Sərraf Mirsəfəroğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB