Zibillikdən uşaq tapılıb RƏSMİ

Zibillikdən uşaq tapılıb RƏSMİ

Məişət tullantıları üçün ayrılmış ərazidə yeni doğulmuş qız uşağı tapılıb. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, noyabrın 25-də Nəsimi Rayon Polis İdarəsi 19-cu Polis Bölməsi əməkdaşları tərəfindən Moskva prospekti ev 86-nın qarşısındakı məişət tullantıları üçün ayrılmış ərazidə yeni doğulmuş qız uşağı tapılıb. Uşaq 1 saylı körpələr evinə təhvil verilib.

Faktla əlaqədar araşdırmalar aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə