Lerikdə tövlə yanıb. SİA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, Lerik şəhərində, vətəndaşa məxsus ümumi sahəsi 54 kv.m olan tövlənin dam örtüyünün yanar konstruksiyaları 10 kv.m sahədə və damına yığılmış 8 ton ot bağlamasının 2 tonu yanıb.Yanğın zamanı tövlədə olan 20 ədəd ev quşu tüstüdən boğularaq tələf olub. Tövlənin və ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən saat 06:42-də söndürülüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB