Paytaxda yanğın zamanı bina sakinləri təxliyə olundu

Paytaxda yanğın zamanı bina sakinləri təxliyə olundu

Bakıda hündürmərtəbəli binada yanğın hadisəsi baş verib. Fövqəladə Hallar Nazirliyindən SİA-ya verilən məlumata görə, hadisə Yasamal rayonunda çoxmərtəbəli yaşayış binasının 13-cü mərtəbəsində baş verib.

Vətandaşa məxsus ümumi sahəsi 70 kv. m olan 3 otaqlı mənzilin 2 otağı, dəhlizinin yanar konstruksiyaları və ev əşyaları 38 kv. m sahədə yanıb, digər otaqda olan əşyalar isə yüksək temperaturdan qismən əriyib. 14-cü mərtəbədə isə digər vətandaşa məxsus ümumi sahəsi 70 kv. m olan 3 otaqlı mənzilin pəncərə çərçivələri 8 kv. m sahədə yanıb.

Yanğın zamanı yanğınsöndürənlər tərəfindən yuxarı mərtəbələrdən 20 nəfər bina sakini təxliyə olunub. Hər iki mənzilin qalan hissəsi və qonşu mənzillər yanğından mühafizə olunub.

Yanğın saat 13:48-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə