Sovqatın içindən narkotik çıxdı

Sovqatın içindən narkotik çıxdı

Müvəqqəti saxlama yerində saxlanılan şəxsə gətirilmiş sovqatın içərisindən narkorik vasitələr aşkar edilərək götürülüb. SİA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, Lənkəran ŞRPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 9-da ŞRPŞ-nin Müvəqqəti Saxlama Yerində Cinayət Məcəlləsinin 180-ci (soyğunçuluq) və 182-ci (hədə-qorxu ilə tələb etmə) maddələri ilə saxlanılan Bəhruz Musayevə sovqat gətirmiş şəhər sakini Şahin Əliyevin bağlamasında 1,5 qram heroin və 1 ədəd şpris aşkar edilərək götürülüb

B.Musayevin saxlandığı kameraya baxış zamanı isə 1 ədəd mobil telefon aşkar edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə