Yüksək surət və sürücü diqqətsizliyi dəhşətli qəzaya səbəb olub
Yüksək surət və sürücü diqqətsizliyi dəhşətli qəzaya səbəb olub. Yük maşını ilə minik maşını toqquşub, 4 nəfər ölüb. Faciəvi qəza ötən gecə paytaxtın Sabunçu rayonu ərazisində şəhər şossesində baş verib. Avtomobilini yüksək surətlə idarə edən Elçin Əliyev idarəetməni itirərək yolda dayanan ağırtonnajlı yük avtomobilinin arxasına çırpıb.
Hadisə nəticəsində Elçin Əliyev və onun avtomobilində olan üç sərnişin elə hadisə yerindəc dünyasını dəyişib. Zərbənin təsiri güclü olduğundan minik maşınında meyitlər sıxılmış halda qalıb. Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin xilasediciləri və Sabunçu rayon polis əməkdaşları gəlib.
Qəzanın dəqiq hansı səbəbdən baş verdiyi araşdırılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB