Polis 5 kq narkotik vasitə əldə edib

Polis 5 kq narkotik vasitə əldə edib

Şirvan polisi 5 kq-a yaxın narkotik vasitə olan marixuana əldə edib. SİA-nın Aran bürosunun verdiyi məlumata görə, Şirvan polis şöbəsinin Narkotiklərlə mübarizə qrupunun əməkdaşları ötən gecə keçirdikləri əməliyyat tədbirləri nəticəsində Şəmkir rayonu Dağ Daşbulaqlı kənd sakini, 1990-cı il təvəllüdlü Hüseynov Dağıstan Seyfəli oğlunu narkotik vasitə olan qurudulmuş marixuananı şərti alıcıya satmaq istəyərkən həbs ediblər. Onda olan bağlamaya baxış keçirilərkən orada 4,2 kiloqram çəkidə yüksək keyfiyyətli qurudulmuş marixuananın olduğu aşkar edilib.

Qeyd edək ki, faktla bağlı Şirvan Polis Şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.

İqbal Mikayılov

Bütün xəbərlər Facebook səhifəmizdə