Bakıda bıçaqlanma hadisəsi baş verib. Bakı Şəhər Baş Polis İdarəsindən SİA-ya verilən məlumata görə, sentyabrın 13-ü saat 06:15 radələrində Mərdəkan qəsəbəsi Pioner küçəsində yaşayan Pərvin Əliyeva bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib.
Keçirilən əməliyyat tədbirləri nəticəsində, hadisəni törətməkdə şübhəli bilinən, zərərçəkmişin həyat yoldaşı Taleh Əliyev Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Bölməsinin əməkdaşları tərəfindən tutulub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB