Masallı sakini dənizdə boğulub

Avqustun 13-də saat 19:30 radələrində Xəzər dənizinin Lənkəran şəhərindəki "Dəhnə" ərazisində Masallı rayon sakini, 12 yaşlı Elşən Abdullayev dənizin nəzarət olunmayan hissəsində çimərkən boğulub. Lənkəran Şəhər Polis Şöbəsindən bildiriblər ki, Fövqalədə Hallar Nazirıiyinin Cənub Regional Mərkəzinin sularda xilasetmə məntəqəsinin dalğıclarının və xilasedicilərinin səyləri ilə Elşən Abdullayevin cəsədi batdığı yerdən 150 metr aralıda tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırmalar aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə