Bakıda dönərxana yanır. SİA-nın xəbərinə görə, hadisə 20 Yanvar dairəsinin yaxınlığında, "Azərsu" ASC-nin inzibati binası ilə üzbəüz yerləşən ümumi sahəsi 15-20 kv.m olan dönərxanada baş verib.
Hadisə yerinə yanğınsöndürənlər cəlb edilib. Yanğının səbəbləri hələlik məlum deyil.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB