Cəlilabad rayon sakinindən odlu silah və vasitələri, həmçinin çətənə kolları aşkar edilərək götürülüb. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, Cəlilabad Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Günəşli kənd sakini Kəmaləddin Quliyevin evinə baxış zamanı nömrəsi silinmiş "Revolver" markalı tapança, ov tüfəngi, 2 ədəd bıçaq, 32 ədəd patron, həyətyanı sahəsindən isə kultivasiya yolu ilə yetişdirilmiş 43 ədəd çətənə kolu aşkar edilərək götürülüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB