Kütləvi zəhərlənənlərdən biri öldü

Kütləvi zəhərlənənlərdən biri öldü

Bakı şəhər Lökbatan qəsəbəsində yaşayan Natalya Məmmədova dəm qazından ölüb. SİA bu barədə Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir. Martın 5-də Qaradağ rayonu Lökbatan qəsəbəsində yaşayan Nataliya Məmmədova mənzilində dəm qazından zəhərlənərək ölüb.

Qeyd edək ki, Bakı şəhər Prokurorluğunun öncə yaydığı məlumata görə, martın 5-də saat 20 radələrində Qaradağ rayonunun Lökbatan qəsəbəsində müxtəlif ünvanlarda yaşayan sakinlərin təbii qazdan zəhərlənmələri ilə əlaqədar prokurorluq, Fövqəladə Hallar Nazirliyi və digər əlaqədar təşkilatların əməkdaşları dərhal həmin ünvana gəlib, hadisə yerinə ekspertlərin iştirakı ilə baxış keçirilib və digər təxirəsalınmaz prosessual hərəkətlər yerinə yetirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə