Salyan rayon sakini qətlə yetirildi

Salyan rayon sakini qətlə yetirildi

Bu gün saat təxminən 14:00 radələrində Salyan rayonunun Qaraçala kəndində ölümlə nəticələnən hadisə baş verib. SİA-nın Aran bürosunun verdiyi məlumata görə, kənd sakini Xəlilov Aydın Rafiq oğlu Pajero Jeep markalı avtomobildə olan şəxslər tərəfindən bıçaqlanaraq qətlə yetirilib. Naməlum şəxslər istintaqa məlum olmayan səbəblərdən baş verən hadisədən sonra mərhumun cəsədini kənddə yolun kənarına ataraq aradan çıxıblar.

Kənd sakinlərinin verdiyi məlumata görə, mərhum uzun müddət Rusiyada yaşayıb. Ehtimal edilir ki, hadisənin baş verməsinə səbəb A.Xəlilovun bu ölkədəki fəaliyyəti ilə bağlı ola bilər.

Faktla bağlı hüquq mühafizə orqanlarında araşdırma aparılır.

İqbal Mikayılov

Bütün xəbərlər Facebook səhifəmizdə