Yevlaxda əlil intihar məqsədilə özünü yandırıb. SİA-nın bölgə müxbirinin verdiyi məlumata görə, rayon sakini, ikinci qrup əlil, 45 yaşlı Nizami Kərimov Sosial Müdafiə Fondunun (DSMF) Yevlax şöbəsində özünü yandırıb .
Nizami Kərimov ətrafdakıların köməyi ilə söndürülüb. Yaralı ağır yanıq xəsarətləri ilə Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Gövdənin ön tərəfi, kürək nahiyəsinin ümumi yuxarı ətrafları - ümumilikdə bədənin 50% yanıb. Həkimlər ona bədənin II dərəcəli ümumi termik yanığı diaqnozu qoyublar. Əlilin vəziyyətinin ağır olduğu bildirilir.
Hadisənin səbəbi sosial yardım almaq üçün Mərkəzə müraciət edən 3 uşaq atası Nizami Kərimovun sosial yardım almasına əngəl yaradılması olub.
Qeyd edək ki, rayon icra hakimiyyətindən bildirilib ki, Nizami Kərimov 2013-cü il oktyabrın 1-nə kimi sosial yardım alıb. Həmçinin sözügedən şəxsin nəinki sosial vəziyyəti yaxşıdır, hətta maşını da var. Bu səbəbdən də Nizami Kərimova verilən sosial yardım dayandırılıb.
Şamxal Cəliloğlu, Qarabağ
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB